Rəhbərlərin ən vacib bacarıqlarından biri əməkdaşları ilə kommunikasiya qurmaqdır. Ünsiyyət rəhbərin işinin mahiyyətidir, əməkdaşla danışıq isə qeyri material aktivdir və onun keyfiyyətindən müəssisənin uğuru və inkşafı asılıdır. Bir çox psixoloji eksperimentlər sübut edib ki, rəhbərin kommunikasiya təcrübəsi yüksək olduqca əməkdaşların məhsuldarlığı da o qədər yüksək olur, bu da şirkətin mənfəətinin yüksəlməsinə yol açır. Ünsiyyət bir neçə mərhələdə olur, ən əsası əlaqənin qurulması və etibarlı münasibətin yaradılmasıdır.

Etibar, rəhbər və əməkdaş arasında geri əlaqənin yaradılması və inkşaf etdirilməsi ilə həyata keçirilir. Geri əlaqə ilə rəhbər tabeliyində olan işçiləri məlaumatlandırır, stimullar yaradır və onun fəaliyyətini dəyərləndirir. Bununla onun statusunu təyin edərək, şirkətdə inkşafına təkan verir. Rəhbərin belə şəxsi xarakterisitikası çox vacibdir, çünki məhz bunun üzərində vəzifə bölünməsi və əməkdaşların karyera inkşafı qurulur.