Mühasibat autsorsinqi

Autsors mühasibat xidmətləri şirkətləri, vergi və mühasibat uçotu ilə yanaşı, tam zamanlı mühasibat xidmətinin bütün funksiyalarını təklif və ya müəyyən sahələri təmin edə bilər. Həmçinin, mühasibləri şirkətdə saxlayaraq, onların idarəsi və nəzarəti mütəxəssislərə tapşırılması da mümkündür. 

Hər bir, hətta ən səlahiyyətli və təcrübəli baş mühasib, vaxtaşırı bəzi xüsusi dar sahəli məsələləri anlamaq yaxud müəyyən əməliyyatların xüsusiyyətlərini aydınlaşdırmaq üçün peşəkar məsləhətə ehtiyacı olur. Tez-tez şirkət rəhbərləri ştat mühasibatlığının işinə kənardan nəzarət etmək üçün kosnultlanlara müraciət edirlər.

Mühasibat uçotunu tam deyil, mühasibat funksiyalarının yalnız bir hissəsi autsorsinq oluna bilər. Bu yanaşma baş direktora və ya sahibkara mühasibat prosesləri üzərində nəzarəti saxlamağa, əməkdaşların gündəlik işini yüngülləşdirməyə və çox ixtisas tələb etməyən eyni tipli əməliyyatları yerinə yetirməyə, habelə mühasibat işçilərinin sayını azaltmağa imkan verir.

Mühasibat uçotunun tam ötürülməsi halında şirkət tam ştatlı mühasibatlıqdan tamamilə imtina edir, uçot bazasını autsors şirkətə təhvil verir və mühasibat uçotu, işçilərin vergi və ödənişlərinin hesablanması, vergi və fondların hesabatı, müştərinin bankında ödənişlərin hazırlanması və emalı kimi xidmətlərin tam kompleksini əldə edir. Ayrıca, autsorsinq mühasibatlıq müştəriyə digər xidmətlər göstərə bilər: vergi optimallaşdırılması, layihələrin idarəedilməsi, uçot sisteminin təkmilləşdirilməsi.

Bəzən sahibkarlar adi mühasibləri yaxşı icraçı kimi heyətdə saxlamağa və yalnız maliyyə xidmətindəki idarəetməni mühasibat autsorsinqinə tapşırmağa qərar verirlər. Kənar mütəxəssis mühasibat proseslərini düzgün qurmağa və rəsmiləşdirməyə kömək edir.

Mühasibat autsorsinqinin bu və ya digər növünün seçimi şirkətin xüsusiyyətlərindən, maliyyəsindən və rəhbərliyin bütün mühasibatlığı mütəxəssislərin əlinə vermək istəyindən asılıdır.