Maliyyə hesabatlarının qərarın qəbul edilməsinə təsiri 

Biznesdə ən vacib aspektlərdən biri də sahibkarın doğru qərar qəbul etməsi üçün maliyyə fəaliyyətini nəzarətdə saxlamaqdır. 

Mühasibat uçotunun ən əhəmiyyətli hissəsi maliyyə fəaliyyətinin təhlilidir. Zərər olduqda, səhvləri təhlil etmək və vəziyyəti düzəltmək üçün mühasibat uçotundakı maliyyə hesabatlarından yararlanmaq lazımdır. Mühasibat uçotunun aparılması haqqında daha öncə yazmışdıq.

Bu üç mühüm hesabat kömək edə bilər. 

  • Pul axınlarının idarəedilməsi haqqında hesabat 
  • Mənfəət və zərər haqqında hesabat 
  • Balans

Hər bir hesabatı ayrı-ayrılıqda nəzərdən keçirək. 

Pul axınlarının idarəedilməsi haqqında hesabat bank hesablarında daxil olan və ödənilmiş pulların sayını göstərir. Vəsaitin çatışmamazlığını müəyyən etməyə kömək edir: ödəniş (məsələn, icarə, malların ödənilməsi və ya işçilərin əmək haqqı) üçün kifayət qədər pul olmadığının kritik nöqtəsini təyin edir.

Bu hesabat ayın əvvəlində müəssisənin hesablarında olan məbləği göstərir. Ayın sonuna ay ərzində nə qədər daxilolmalar və xərcləri əks etdirir. Qalıq isə növbəti aya keçən saldodur.  Hesabatda bütün hesablar əks olunmalıdır: 

  • bankda hesablar
  • elektron cüzdanlar
  • kassada nağd pul 

Bu hesabtda müəssisənin fəaliyyəti üzrə xərclər də həmçinin nəzərə alınır: 

  • Əməliyyat xərcləri: malların alışı və satışı, əməkdaşların əmək haqqı, ofisin icarə haqqı, avtomobil lizinqi;
  • İnvestisiya xəcləri: avadanlıqların alışı və satışı yaxud çatdırılma üçün avtomobillərinin əldə olunması, onlayn mağazanın yaradılması;
  • Maliyyə: kreditlər və dividendlərin ödənilməsi.

Mənfəət və zərər hesabatı – hesabat dövründə şirkətin fəaliyyətinin nəticəsini göstərir. Sənədlərə əsaslanaraq, biznesin gəlir və xərcləri barədə məlumatları əks edir. Mənfəət və zərər hesabatının təhlili xalis mənfəəti qiymətləndirməyə kömək edir. Mənfəət = Gəlir – Xərclər. 

Balans – kapitalın xalis dəyərini qiymətləndirməyə kömək edən hesabatdır, ona görə biznesin mənfəətli olub-olmadığını, mənfəətin nədən əmələ gəldiyini başa düşmək olar. Balans hesabatı şirkətin aktivlərindən və passivlərindən ibarətdir. 

Aktivlər – şirkətə aid olan və onun işini təmin edən bütün əmlaklardır: texnika, mebel, xidməti avtomobillər, istehsal üçün avadanlıq və hətta debitor borclarıdır. 

Qeyri maddi aktivlər – brendin dəyəri, ticarət nişanı, patentlərdir. 

Bütün aktivlərin dəyəri – mənfəət yaratmaq qabiliyyəti olan göstəricilərdir. Passivlər isə mülkiyyətçinin şəxsi vəsaiti, yığılmış mənfəət və ya kredit hesabına alınmış aktivlərə yönəlmiş vəsaitlərdir.