Sorry, this entry is only available in Azərbaycanca and Русский. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Şirkətin mühasibatını ştat mühasibə tapşırmaq, yaxud tamamilə və ya qismən autsorsinqə vermək haqqında mübahisələr çoxdur.

Kiçik təşkilatlara Mühasibatı autsorsinq etməyə dəyər. Orta və böyük müəssisələrdə mühasibatın olmamağı isə problem yaradır. Kiçik bir şirkətin ayda orta hesabla 300 əməliyyatı olursa, böyük şirkətdə gündə o qədər əməliyyat baş verə bilər. Ona görə bu əməliyyatlara nəzarət edəcək əməkdaş lazımdır.

Mühasibat autsorsinqi – bu funksiyaların müqavilə ilə üçüncü tərəfə keçərək mühasibat uçotu və hesabat funksiyalarının şirkət xaricində aparılmasını nəzərdə tutur. Bu xidmət biznesə əhəmiyyətli qənaət səbəbindən 2021-ci ildən populyarlıq qazanmağa başladı.

Mühasibat autsorsinqinin bir neçə növü mövcuddur. Onların arasında konsaltinq də var. Belə xidmət şirkətin ştatdaxili əməkdaşlarının mühasibat uçotu ilə bağlı sualları olduğu halda lazım olur. Bu hallar qanunvericilikdəki dəyişikliklər və yeni hesabat formalarının tətbiqi ilə yaranır. Bu vəziyyətdə mühasibat üzrə məsləhətlər problemi minimum xərclə tez bir zamanda həll etməyə imkan verir.

Şirkət mühasibat uçotunun müəyyən hissələrini autsorsinq şirkətinə verəlir, lakin eyni zamanda müəssisədə tam ştatlı baş mühasib saxlanılır. Belə olduqda mühasibat uçotunun bəzi hissələri üçüncü tərəfə ötürülür.

Bu cür əməkdaşlıq olduqda, ştat mühasibi əmək haqqının hesablanması və hesabatların formalaşdırılması ilə məşğul olur. Təchizatçılar və podratçılarla hesablaşmaların uçotu agentə verilir.

Autsoqsinqə verilən mühasibat uçotunun ən populyar sahələri –əmək haqqının hesablanması, kadrlarla iş, ilkin sənədlərin işlənməsi, ixrac-idxal əməliyyatları, qarşı tərəflərlə hesablaşmalar və sairədir.

Finance Group – Mühasibatlıq və uçot, audit | FGAC

#financegroup #auditor #аудитор #azstagam #bakustagram #business #pandemia #экономика #бизнес #cashflow