Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Davam olaraq, 2024-cü ildə Vergi Məcəlləsinə edilən dəyişiklər üzrə hüqiqi şəxslərə tətbiq olunan aşağıdakı aşağıdakılardır.

Yeni dəyişikliklərdən sonra Məcəlləyə aşağıdakı əlavələr və düzəlişlər edilmişdir:

  • Mediasiya təşkilatı ilə bağlanmış mülki-hüquqi müqavilə əsasında fəaliyyət göstərən mediatorlar tərəfindən göstərilən mediasiya xidməti ilə bağlı mediasiya təşkilatına daxil olan haqların və mükafatların həmin mediatorlara ödənilməli olan hissəsi mediasiya təşkilatının vergitutulan gəlirlərinə aid edilmir.
  • Vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 15 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2024-cü il yanvarın 1dən 5 il müddətinə nağdsız qaydada ödənilən xərclər;
  • Azərbaycan Respublikasında qeydiyyatdan keçən və filmin istehsalını, habelə dublyajını həyata keçirən, mikro sahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi – 2024-cü il yanvarın 1-dən 3 il müddətinə;
  • Tibb müəssisələri tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr üzrə ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər.
  • Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi.
  • Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
  • Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 (üç) təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş mənfəət vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır
  • Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir;
  • Bunlardan başqa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi məbləğlərinə tətbiq edilən azadolma ləğv edilmişdir.