Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

“Dizaynı ver dizaynerə” – atalar da dolayı yolla belə deyib. 

Sahibkarlar kafe, restoran, mağaza, ofis və sairə yaradarkən interyer dizaynerə deyil, öz “kreativ” ideayalarına arxalanaraq dizaynı özü edir yaxud internetdən şəkilləri kopiya edərək qərar verir. Bu da ən çox yayılmış səhvlərdən biridir. Əgər sahibkarın dizayn sahəsində nə təhsili, nə də ki, real inteyer dizayner təcrübəsi yoxdursa, kənardan mütəxəssis cəlb etməsi məsləhətdir. Çünki, işlədəcəyi yerin dizaynı və quruluşu düşündüynüzdən də vacib meyarlara malikdir. Onun yalnız gözəl görünməsi vacib deyil, həm də müştəri tərəfindən fiziki və psixoloji rahat qəbul edilməsi, həm də sahibkar üçün gəlirli olamsıdır. Belə meyarlar isə yalnız bu sahədə təhsil alan mütəxəsisslərə məxsusdur. Xəsislik edərək, qənaət edilən maliyyə sonradan böyük zərərlərlə nəticələnir. Axı, sonunda sahikarın pulu risk alıtndadır. 

Təəsüf ki, belə hallar hələ də müflisliklə nəticələnir.