Sorry, this entry is only available in Azərbaycanca and Русский. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Biznesi qurarkən ilk addımıarda reklam strategiyasını təyin etmək lazımdır. Ticarət markasından, bazardakı sahədən, müştəri auditoriyasından asılı olaraq media plan hazırlanmalıdır. Bunu isə mütəxəssislərə tapşırmaq lazımdır. Başlanğıcda reklam agentliklərinə müraciət etmək məsləhətdir. 

Atalar deyib ki, çörəyi ver çörəkçiyə. Ona görə də reklam agentliyi yeni yaranmış biznes üçün doğru reklam strategiyasını, reklam üçün sloqan, kreativləri yarada bilər. Sonra isə reklamı yerləşdirmək üçün platformalar seçilir.

Öncə ticarət markası və onun idealogiyası müştərilərə çatdırılır. Sonra isə mal yaxud xidmətlər barədə məlumat, onun üstünlükləri və sairə. Beləliklə satışlara təsir edəcək mexanizm yaradılır ki, biznes uğurlu olsun və alıcının diqqətini çəksin.