Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Şuşa havasının tərkibi, təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəridir. İşğaldan öncə nəinki, Azərbaycanda, onun hüdudlarından kənarda Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə tanınırdı.

Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, əfsanəvi “Cıdır düzü” yerli camaatın və oraya təşrif buyuran qonaqların ən sevimli yeri olub. Şuşadan 40 km aralıda – Laçın yolunun üstündə yerləşir. Sol tərəfdən isə Daşaltı çayı axır. Turşsu şəfalı və müalicəvi vannaları ilə tanınırdı.

Şuşaya təşrif buyuran turistlərin ən sevimli yerlərindən biri də əvəzsiz və əsrarəngiz təbiətə malik əfsanəvi “Cıdır düzü” olub. “Cıdır düzü”nün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə “Üçmıx” adı verilib.

Şuşa yağı düşməndən azad olduqdan sonra yenə də beynəlxalq turizm mərkəzinə çevriləcək. Müzəffər Azərbaycan Ordusu bu arzumuzu da çin edəcək.