Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Xarı-Bülbül Şuşanın simvoludur. Qarabağ torpağı Azərbaycana saysız nemətlər bəxş edib. Həm florası, həm faunasının zənginliyi ilə seçilən torpağımızda dünyanın heç bir yerində rast gəlinməyən bir çiçək də bitir. El arasında ona Xarı bülbül deyirlər. Sanki üzərinə qonmuş bülbülü xatırladan xarıbülbül həm gözəlliyi, həm də qeyri-adiliyi ilə seçilir.

Əsas məskəni Cıdır düzü olan Xarı bülbül Qızıl Qaya deyilən yerdə daha çox yayılıbmış. Azərbaycanın digər bölgələrində bitən Xarı bülbülün ümumi miqyası Şuşadakı ilə müqayisədə xeyli azdır. 

Xarı bülbül təbiətə gözəllik verməklə yanaşı, həm də müalicə əhəmiyyətli bitkidir. Xarı bülbüldən xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsi üçün geniş istifadə edilir.