Sorry, this entry is only available in Azərbaycanca and Русский. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Happy carefree colleagues having fun in office while their co-workers working hard and highly concentrated. Different time for members of team. Concept of fun, resting, professional occupation.

Əgər əvvəllər bir çox şirkət rəhbərləri keyfiyyət və məzmun barədə düşünmədən qəzetlərdə, radio və televiziyada reklam yerləşdirmək tapşırığı verirdilərsə, son zamanlar şirkətin reklam kommunikasiyalarının səmərəli planlaşdırılmasına daha çox əhəmiyyət verirlər. Bu, bir neçə amillə bağlıdır. 

Düzgün planlaşdırılmış reklam kampaniyası məhsul haqqında reklam mesajlarını hədəfi olan auditoriyanı əhatə etmək, həmçinin istehlakçı ilə uzunmüddətli kommunikasiyalar qurmaq və istehlakçıların markaya bağlamaq mümkün olur. Bu cür yanaşma şirkətin reklam büdcəsini dəyərli və məqsədəuyğun şəkildə istifadəyə, eyni reklam büdcəsi ilə reklamın effektivliyini daha çox artırmağa imkan yaradır.

İstehlakçının diqqət və üstünlükləri uğrunda mübarizədə reklam, şirkətin döyüş taktikasının bütün qaydaları üzrə tərtib olunmalı, hücum əməliyyatlarının və qoyulmuş vəzifəsinin xüsusiyyətlərini nəzərə almalıdır.