Sorry, this entry is only available in Azərbaycanca and Русский. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Şirkətlərin Facebook platformasındakı səhifələri artıq effektivliyi aşağıdır, çünki sosial şəbəkə orqanik əhatəni getdikcə minimallaşdırır. Linkedin isə Facebook-dan fərqli olaraq səhifələrdəki yenilikləri onu izləyənlərin hamısına göstərir. Bundan əlavə, brend hesabların bütün xəbərlər onu bəyənən, şərh yazan və bölüşən bütün istifadəçiləin səhifələrində əks olunur. Beləliklə real əhatə on qat, bəlkə də yüz qat daha yüksək olur.

Nümunə olaraq HP-nin səhifəsini göstərmək olar. Onun Linkedin səhifəsi rəsmi veb-səhifəsindən daha uğurludur. Hewlett-Packard-ın biznes sosial şəbəkəsindəki izləyicilərinin bazası 2 milyon təşkil edir. Bununla yanaşı, markanın bütün mal və xidmətləri cəmi 10 vitrin səhifələrdə yerləşdirlib.

Linkedin-in dünya üzrə 600 milyon istifadəçi sayı var və əsasən biznesdən olan şəxslər üçün nəzərdə tutulur.