Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Müştəriləin təkrar alışları üçün müəssisələr loyallıq proqramları yaradırlar. Müəssisə üçün loyallıq proqramını ən başlıca xeyiri – müştərilərin təkrar və uzunmüddətli bağlılığı və stimuludur. 20% aktiv müştərilərə ümumi satış həcminin 80% hissəsi düşür, çünki onlar uzun müddət ərzində daha çox vəsait xərcləməyə meyllidirlər.

Müştəriyə alış-veriş etdiyi bütün müəssisələrin çoxsaylı loyallıq plastik kartlarını daşımaq fiziki olaraq çətinlik yaradır. Amma artıq hər kəsin smartfonlarının olduğu üçün müəssiəsnin tətbiqini yaratmaq ən yaxşı çıxış yoludur.

Tətbiq hər zaman əlinin altında olan müştəriyə mal, xidmət və kampaniyalar haqqında məlumatı çatdırmaq imkanı verir. O hər zaman bonusları haqqında əyani məlumat almaq, sifarişlər edib, alış etmək imkanı yaranır.