Sorry, this entry is only available in Azərbaycanca and Русский. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.
Deloitte şirkətinin araşdırması göstəriк ki, mühasibat uçotunun autsorsinqə keçirilməsinin əsas səbəbi Mühasibat xərclərini azaltmaq məqsədidir.
Əvvəllər mühasibat uçotunun autsorsinqi standart mühasibat uçotuna qənaət kimi qəbul edilirdisə, indi məqsədlər dəyişir. Yeni məqsəd rəqabət üstünlüklərinə nail olmaq, maliyyə risklərini azaltmaqdır. Ayrıca, outsors mühasibat uçotu şirkət rəhbərlərinə işlərinə daha çox zaman ayırmaq məqsədi verir.
Mühasibat autsorsinqinin əsas üstünlükləri bunlardır:
Əməliyyat səmərəliliyi. Mühasibat autsorsinqi yüksək ixtisaslı əməkdaşlardan – baş mühasib, akkount menecer, daxili auditorlar və digər mütəxəssislərdən ibarət bir mexanizmdir. Mühasibat uçotunun bütün sahələrində yaxşı tənzimlənmiş daxili nəzarət səhvləri aradan qaldırır.
Kadr problemlərinin olmaması. Autsorsinqə keçid tam ştatlı baş mühasibdən asılılığı istisna edir. Outsoursing baş mühasibin xəstəliyi, analıq məzuniyyəti və ya mühasibin məzuniyyəti kimi vəziyyətləri istisna edir.
Mühasibat uçotu və hesabat keyfiyyəti outsors şirkətlərin əsas üstünlüyüdür. Ancaq başa düşmək lazımdır ki, keyfiyyəti yalnız bazarda özlərini doğrultmuş peşəkar şirkətlər, onların rəhbərlərinin öz sahələrində olan təcrübəsi ilə qiymətləndirlir.
Görülmüş iş üzrə ödəniş mühasibat autsorsinq firmasının digər bir üstünlüyüdür. Müştəri həmişə hansı Xidməti və hansı həcmdə aldığını, nə qədər xərclədiyini, nə alacağını konkret olaraq başa düşür.
Maliyyə zəmanətləri. Peşəkar outsors şirkətlər peşə məsuliyyətlərini sığortalayırlar. Autsorsinq şirkətinin səhvi səbəbindən müştəri əlavə ödənişlər, cərimələr, faizlər və s. şəklində pul itirdiyi təqdirdə sığorta işə yarayır. Bu, mühasibat autsorsinqinin tam ştatlı mühasibə nisbətən vacib üstünlüklərindən biridir.