Sorry, this entry is only available in Azərbaycanca and Русский. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

2024-cü il Vergi Məcəlləsində Sadələşdrilmiş Vergilər üzrə edilmiş dəyişikliklər aşağıdakılardır.

Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olan lakin ƏDV ödəyici olan vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edildikdə, o, öz fəaliyyətini bu Məcəllənin 218.1.1-ci maddəsinə uyğun və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər.

Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə və vergi ödəyicisi bu rejimdə azı 1 il ərzində fəaliyyət göstərmişdirsə, o, istənilən vaxt fəaliyyətini sadələşdirilmiş və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər.

Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi üzrə məbləğlərin sadələşdirilmiş vergidən azad edilməsi ləğv olunmuşdur.

Yük daşımalarının məcburi qaydada sadələşdirilmiş vergi ödəyicisi olması hüququ da ləğv edilmişdir.

Sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədiyi rüblük məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin rüb ərzində hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.

Yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən “Fərqlənmə nişanı”nın alınması üçün verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi tələb edilmir və qeyd edilən öhdəliklər həmin şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada yerinə yetirilir.