Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Identity Design Creation Advertising Concept

Müəssisəyə unikal ad tapdıqdan sonra, loqotip hazırlanır. Bunlar yaxşıdır. Lakin, çox az hallarda bunları qeydiyyata alıb, patent haqqında sənəd əldə edirlər.

Bu proses elə də bahalı deyil. Ticarət markasını və onun loqonun qeydiyyatı üçün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etmək lazımdır. Ərizə verdikdən sonra isə, yoxlanma prosesi başlayır. Bundan sonra, rüsumu ödəyərək rəsmi sənədləri əldə etmək mümkündür. Bu həm Ticarət Markasının qanunsuz istifadəsinin qarşısını alacaq, həm də prestijli olacaq.