Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

İqtisadi böhranlar tarixən ölkələrin sosisal  və siyasi həyatına iriçaplı təsirləri ilə yadda qalıb. Dünya tarixində yaşanna uzunmüddətli iqtisadi böhranlar vədövlətlərin  onlardan necə çıxması böyük iqtisadi təcrübənin yaranmasına səbəb olub. Ölkəmizdə peşəkar maliyyə xidməti ilə seçilən “Finance Group Accounting Consulting” şirkətinin baş direktoru və həmtəsisçisi Şamil Qoçulunun  Fins.az-a böhranlar və onlardan çıxış strategiyaları ilə bağlı müsahibəsini təqdim edirik.

İqtisadi böhranların ölkələrin iqtisadi quruluşuna təsiri olur?

İqtisadi böhran bir ölkədə siyasi və ya iqtisadi səbəblərdən meydana gələn və ölkənin iqtisadi quruluşuna mənfi təsir edən proseslərdir.

Hazırda da dünya növbəti qlobal iqtisadi böhran yaşamaqdadır. BMT-nin bu yaxınlarda dərc etdiyi məruzəsində koronovirus pandemiyası ilə əlaqədar dünya iqtisadiyyatının çökdüyü bildirilir. Bu böhran nəticəsində 114 milyon insan işini itirib, 120 milyon insan isə kasıbçılıq həddindən aşağı duruma düşüb. BMT-nin məlumatına görə 01.01.2021 tarixə 38 dövlətdə vaksinasiyaya başlanılmış və bunlardan cəmi doqquzu inkişaf etməkdə olan dövlətlərdir. Bu da digər dövlətlərdə durumun necə olduğunu vurğulayır.

Hesab edirəm ki, bu durumda ənənəvi iqtisadi inkişaf modelləri öz aktuallığını itirmiş olur. Bu gün artıq elektron ticarət dövrü başlayıb. Nəticədə, müasir nano texnologiyaların tədbiqini təmin edə bilən dövlətlər bu böhrandan üzü ağ və yararlı çıxa biləcəklər.

Tarixə göz atsaq görərik ki, ilk Dünya iqtisadi böhranı 1857-ci ildə ABŞ-da başlamışdır. Böhranın səbəbi Dəmir yol şirkətlərinin kütləvi iflası olmuşdur.Bu böhran ABŞ, Almaniya, Fransa və İngiltərə dövlətlərinin iqtisadiyyatına güclü zərbə vurmuşdur.

Daha bir  böhran 1873-cü il Panikası adı almışdır və beynəlxalq miqyaslı ilk böhran olmuşdur.1873 cü ildə Viana Fond Birjasında başlayan bu panikanın səbəbi Mərkəzi Avropada güclü maliyyə yatırımlarının öz pik nöqtəsinə çatması olmuşdur.

Daha dəhşətli iqtisadi böhran 1929-cu ildə ABŞ –da baş vermiş və “Böyük depressiya” adı almışdır. Bu böhran 1939-cu ilədək davam etmişdir.Bu böhran ABŞ dan başqa Kanada, Böyük Britaniya, Almaniya və Fransa kimi dövlətlərə ciddi toxunmuşdur və eyni zamanda digər dövlətlərədə təhsir etmişdir.

Dünya İqtisadi Böhranlarından biri də 2008-ci ildən özünü biruza verməyə başlayıb. Bu böhran ayrı-ayrı dövlətlərdə müxtəlif vaxtlarda başlandı.

Yuxarıda qeyd olunan böhranlardan başqa, dünyada diğər böhranlarda olmuşdur. Amma bunlar əsaslarıdır.

Böhran niyə yaranır və müharibələr böhran yaranmasına səbəb olur?

Böhranların yaranma səbəbləri kimi ağır sosoal-siyasi vəziyyət; maliyyə- iqtisadi idarəçiliyinin zəifliyi; bazarda təklifin yüksəkliyi; bank və maliyyə institutlarının yüksək riskli qərarları və sair.

Əslində, müharibələr onların rəsmi bəyan edildiyindən qat-qat əvvəl başlayır və bunların kökündə məhz qlobal iqtisadi böhranlar durur. Müharibə başlamamışdan tərəfdarlar, rəqiblər və qurbanlar müəyyən olur.

Belə ki, 1-ci Dünya müharibəsindən sonra, dünya xəritəsində Polşa,Finlandiya, Litva, Latviya, Estoniya, Çexoslavakiya, Macarıstan, Avstriya, sloven, xorvat və serblərin dövləti yarandı. Avstriya – Macarıstan, Alman , Rus və Osmanlı imperiaları isə dağıldılar. Avropa dünyanın müstəbləkə mərkəzi kimi varlığı bitdi. Dünyada kommunizm ideyasının yayılması, keçmiş Rusiya imperiyası və Monqolustan ərazilərində kommunist rejimləri qurulması gündəmə gəldi.  Nəticədə, demək olar ki, bütün ölkələrin iqtisadiyyatının çökməsi fonunda ABŞ və Yaponiya milli sərvətlərini artırmaqla dünyanın iqtisadi liderlərinə çevrildilər.

Dərhal Böyük Depressiyadan sonra  2-ci Dünya müharibəsi başladı. 55 milyon insan həyatı aparan müharibə nəticəsində, dünya iqtisadiyyatı 4 trilyon dollar itki verdi. Faşizmdən azad olunmuş torpaqlarda Qərbdən qorunmaq üçün SSSR tərəfdaşları olan Polşa, Alman Demokratik Respublikası, Çexoslovakiya, Macarıstan və Bolqariya kimi dövlətlər yarandı. Sonradan bu dövlətlər Varşava Sazişi  Təşkilatına üzv oldular. Öz növbəsində Fransa, İngiltərə və ABŞ NATO blokunu yaratdılar. Beləliklə də, dünya kommunizm və kapitalizm tərəfdarlarına bölündü. Bir tərəfdə liderlik SSSR-nin, digər tərəfdə isə ABŞ əlinə keçdi.

Gələcəkdə müharibələrin qarşısını almaq məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı yaradıldı.

Amma buna baxmayaraq bu gün də dünyada lokal müharibələr baş verməkdədir. Bunların hamısının arxasında yeni bazarları ələ keçirmək, güclülərin zəifləri öz təsiri altına salaraq, onların təbii sərvətlərini ələ keçirməklə daha çox pul qazanmaqdır.

Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin apardığı iqtisadi islahatlar, iqtisadiyyatımızda yeni texnoloqiyaların tədbiqi , kadr islahatları, xam mal satışında asılılığı aradan qaldırılması və digər addımlar bizim dövlətin bu böhrana qalib gələcəyini göstərir.

Mənbəy Fins.az