Şirkətin imici – hədəf auditoriyasının şüurunda formalaşan obrazdır.
Partnyor və müştərilərlə fəaliyyət şirkətin hansı imicə (müsbət yaxud mənfi) malik olmasından asılıdır.
3 imic növü mövcuddur: ideal, real və əks olunan.
İdeal (yaxud müsbət) obraz şirkətin istəyidir. Real – ictimaiyyətin ona qarşı yaranmış münasibətidir. Əks olunan isə menecmentin şirkət haqqında hədəf auditoriyanın nə düşündüyü barədə təsəvvürüdür. Şirkətin nüfuzunun yaradılması – real və ideal imic arasında bərabərliyidir.
Həmçinin şirkətlərin ümumi imici 2 amildən ibarətdir:
Daxili imic – öz əməkdaşları arasında formalaşan obrazdır. Çox zaman yanlış fikir yaranır ki, rəhbərin nüfuzu şirkətin inkişafında mühüm rol oynamır. Lakin məhz əməkdaşlar tez-tez brendin “agentləri” olurlar. Onlar müəssisənin daxili həyatı barədə danışa bilər, bununla da potensial istehlakçıda maraq yaradır və ya əksinə, onu uzaqlaşdırır. Bu cür məlumatların yayılması adətən qeyri-rəsmi ünsiyyətdə baş verdiyi üçün reklamdan daha çox etimad yaradır.
Xarici imic – məqsədli auditoriyaya qarşı hərəkətləri əks etdirir. Bunlara həmçinin kütləvi informasiya vasitələri, tərəfdaşlar, investorlar və sponsorlar, dövlət strukturları, rəqiblər və geniş ictimaiyyət daxildir.
Müsbət xarici imicin formalaşması bir sıra hərəkətlərdən yaranır. Bu həmçinin müəssisənin öz üslubunun (loqotip, korporativ rənglər və simvolika) yaradılmasını nəzərdə tutur. Buna əlavə olaraq, xeyriyyəçilik tədbirlərinə maliyyə dəstəyi ictimaiyyət və KİV-in gözündə sosial məsuliyyətli şirkətin imicinin yaradılmasıdır. Partnyor, investor və dövlət strukturları üçün etibarlı şirkətin nüfuzunun və bazarda brendin müsbət imicinin formalaşdırılması üçün maraqlı məhsul və ya xidmətlərin təklif edilməsi, keyfiyyətli xidmətin yaradılması da bunlara aiddir.