Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Hər bir müəssisənin Veb saytının olması uzun zamanlardır dünya standartına çevrilib. Ən azından bu şirkətin vizit kartıdır, bununla yanaşı məhsul və xidmətlər haqqında ilkin məlumat mənbəyidir. 

Veb səhifə partnyorlara, müştərilərə və maraqlananlara məlumatı tez çatdırmaq üçün ən rahat yoldur. Hər bir xarici partnyor ilk addım olaraq, internetdə veb saytı axtarır. Onun olmaması qeyri ciddi status yarada bilər.

Sadə Veb səhifələrin hazırlanması çox baha olmasa da, ölkəmizdə bir çox şirkətin ya veb saytı yoxdur, yaxud bərbad vəziyyətdədir,  yenilənmə olmur, məlumat tapmaq mümkün deyil. 

Artıq, internetdə belə xidmətləri təklif edən platformalar olsa da, ən doğru yol mütəxəssislərə müraciət etməkdir.