Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Yerli şirkətlərin bir çoxunda rəhbər vəzifədə çalışan şəxslər nəzarət və qərarvermə funksiyasını öz üzərinə götürürlər. Bu da onların vaxtının böyük hissəsini alır.

Müəssisədə çalışan personalın sərbəst qərar vermə funksiyası olmadığı üçün müəssisənin işində yavaşlama yaradaraq genişlənməsinin və inkşafın qarşısını alır. 

Bunun səbəblərindən başlıcası cəlb olunan personala inamın olmaması və onların seçimində olan yanlışlıqlardır. Çox zaman işə mütəxəsis deyil, ucuz başa gələn şəxsi qəbul edirlər. Bu da öz növbəsində daha aşağı maaşın olması deməkdir. Həmin işçi də inam və az maaş olduğu üçün, imkan düşəndə vəsaitlərin mənimsəməsinə meyilli olur.

Bu halların baş verməməsi üçün personalın cəlb edilməsinə diqqəətlə yanaşmaq lazımdır. Əgər sizə bu sahədə məsləhətlər lazım olarsa, hər zaman əməkdaşlığa hazırıq.