Loyallıq proqramı yaratmaq üçün planlı iş aparmaq çox vacibdir. 

Layihəyə başlamazdan əvvəl bazar araşdırması, digər uğurlu və uğursuz loyallıq proqramları, hətta rəqib olmayan şirkətləri də öyrənmək lazımdır.

Digər şirkətlərin loyallıq proqramlarının üstünlükləri və çatışmazlıqlarının araşdırmaq lazımdır. Bu, proqram mexanikasını qurarkən problemlərin qarşısını almağa kömək edəcəkdir.

Mövcud və potensial müştərilərin ehtiyaclarını müəyyənləşdirin. Onların portretini tərtib edin, sonrakı ünsiyyət üçün mümkün ortaq nöqtələri müəyyənləşdmək vacibdir. 

Loyallıq proqramının növünü və onun mexanikasını öz imkanlarınıza və mənbələrinizə əsaslanaraq düşünün. Bazar araşdırmasından əldə olunan məlumatları istifadə etmək mütləqdir. 

Tövsiyyə endirimləri, tərəfdaşların güzəştləri, ilk alışa bonuslar vermək və ya qeymifikasiya elementlərini tətbiq etmək olar

Gamefication – oyun qaydaları real məqsədlərə nail olmaq üçün istifadə olunur. Başqa sözlə, oyun sayəsində darıxdırıcı tapşırıqları maraqlı, qaçınılmaz tapşırıqları arzuolunan və çətin tapşırıqları sadə etmək mümkündür.

Loyallıq proqramının sadə şərtlərindən istifadə etmək və kart sahibləri üçün müvafiq və faydalı təkliflər yaratmaq lazımdır.

Bu məqsədlə mühasibat, ERP və CRM sistemlərinin imkanlarını araşdırmaq mütləqdir. Mühasibat sisteminin iş planını tərtib etmək və lazım olduqda ona dəyişiklik etmək lazımdır.

Bütün bu hərəkətlər yeni müştəriləri cəlb etməyə və mövcud olanları saxlamağa kömək edəcəkdir. Loyallıq proqramları rəqiblərdən daha çox müştəri cəlb etməyə kömək edəcək.

Lazım gələrsə, bu sahədə ixtisaslaşmış konsaltinq, mühasibat və audit xidmətləri göstərən şirkətlərlə məsləhətləşmələr etmək yaxşı olardı. Bu, şirkətə bir çox problemdən qaçmağa və loyallıq proqramını qısa zamanda qurmağa kömək edəcək.