2020 və 21 illərində aparılan araşdıramalara görə alıcılar müraciət etməyi istədiyi müəssisə haqqında məlumatı ilk növbədə internetdə axtarır. Həmin araşdırmalardan məlum olmuşdur ki, 92% alıcılar internet məkanında müsbət təəsürat yazılan şirkətlərə üstünlük veriblər.
Sosial şəbəkələrin inkşafı müştəri təəsüratlarını izləməyə və toplamağa imkan yaradıb. Pandemiya başlayanda sonra, müştərilər sifarişlərini internet üzərindən etdikləri üçün virtual məkanda olmayan, yaxud onlar haqqında az məlumat olan şirkətlərin satışları sürətlə aşağı düşüb.
Bunları nəzərə alaraq, müştərilərə yaxşı xidmətlə yanaşı, onların qiymətləndrilməsinə və təəsüratlarının toplanması satışlara bilavasitə təsir edir. Özəlliklə bu kiçik və orta biznesə şamildir.