İqtisadi böhranlar qaçılmazdır. Hər böhrandan sonra yüksəliş, hər yüksəlişdən sonra böhran gəlir. Bu iqtisadiyyatın qanunudur.

Maliyyə strategiyasının əsas qaydalarından biri ehtiyat fondlarını yaratmaqdır.

Müəssisənin rezervi olaraq 3-6 aylıq xərcləri, yəni fəaliyyət üçün anbar ehtiyatları və işçilərin maaşları olmalıdır. Əməliyyat xərcləri üzrə borclarının yığılmaması şərtdir. Bu halda, böhran zamanı zərər etmədən inkişafa davam etmək şansı yaranır.

Rezervləri dövriyyəyə yönəltməyə aldanmamaq və bunun qarşısını almaq üçün, ehtiyac duyulduqda sürətlə geri qayıtma imkanı olan aktivlərə yerləşdirilə bilər. Məsələn, bir hissəsi uzunmüddətli və qısamüddətli depozitlərə yönəltmək olar. Lakin, əmanətlərin gəlirliliyi digər investisiya alətləri ilə nisbətdə ən aşağı səviyyədədir, bu yalnız saxlanc imkanıdır. Həmçinin, rezervlərin digər hissəsi qızıla yerləşdirilə bilər. Qızıl fyuçerslərinin qiyməti dəyişkən olsa da, ciddi şəkildə düşməsi ehtimalı azdır. Uzunmüddətli perspektivdə isə qiyməti artır. Səhmlərə və qiymətli kağızlara qoyulan investisiyalar da nəzərdən keçirilə bilər.  

Böhran dövründə müəssisənin davamlı mövcudluğu və mənfəətini artırmaq üçün cari vəsaitlərdən effektiv istifadə strategiyası hazırlanmalıdır. Mövcud pulu necə xərcləməyi deyil, gəlirləri necə bölüşdürməyi və artırmağı düşünmək vacibdir. Bank kreditlərinə və digər borclara girməkdənsə, mövcud vəsaitlə sabit inkişaf etməyə kömək edəcək strateji maliyyə planlaşdırması lazımdır.

Şəffaf və avtomatlaşdırılmış mühasibat biznesi uğurla aparmaq, kassa çatışmamazlığı və digər yaranan preblemləri minimuma endirmək üçün əsas qaydadır.

Sahibkar və ya menecer bu məsələdə necə hərəkət edəcəyini bilmədikdə, maliyyə məsləhətləri üçün peşəkar konsultant və auditorlarla müraciət etməyi məsləhətdir.