İaşə müəssisələri (kafe, restoran, yeməkxana və sairə) ölkəmizdə ən çox populyar olan sahələrdəndir. Onu da qeyd etmək lazımdır ki, bu sahədə mahircə qurulmuş biznes çox gəlirli olur. 

Lakin, şəhərin müxtəlif ərazilərində icarəyə verilən binalarda hər il restoran və kafelər dəyişir. Səbəbi: heç bir hazırlıq görülmədən, təsadüfə ümid edərək yaradılan müəssisələrin qısa ömürlü və zərərli taleyidir.

Öncəki statuslarımızda göstərdiyimiz etaplardan sonra, açılış öncəsi və sonrası reklam kampaniyası keçirmək məqsədə uyğundur. Bu potensial müştərilərin diqqətini çəkəcək və başlanğıcda müştəri axınına yol açacaq. Sonrası isə xidmətə, təkliflərə və məhsulların keyfiyyətinə bağlıdır.

Reklam kampaniyasını hazırlamaq və ərsəyə gətirmək üçün reklam agentliklərinə müraciət etmək məsləhətdir. Bunun üçün onların arasında tender keçirmək məsləhətdir ki, uyğun və kreativ yanaşması olanını seçmək olsun.