People at the coffee shop

Kafe, restoran və digər iaşə obyektlərinin açılışından öncə bir ay ərzində test aparılması məsləhətdir. Bu müddət ərzində personal aldığı treninqi praktikada inkşaf etdirəcək, aşbazlar hazırladığı məhsullların çatışmamazlığını ortaya çıxararaq aradan qaldıracaqlar. Həmçinin menecerlər və administratorlar hər bir prossesi dəqiqləşdirib, sistemləşdirməlidirlər. Yalnız bunlar həll olanunandan sonra açılışı elan etmək məsləhətdir. Çünki, açılışdan sonra edilərsə, müştərilərdən çox narazıçılıqlar olacaq, bu da neqativ rəylərə yol açacaq.

Test müddətinin digər xeyirli hissələrindən biri də potensial müştəriləri bu müddət ərzində dəvət edib, sınaqda iştirak etmə təklifidir. Belə hal həmin müştəri tərəfindən pozitiv qarşılanacaq, həm gələcəkdə davamlı olaraq gələcək, həm də açılışdan sonra dost və tanışlarına məsləhət görəcək.

Deyə bilərsiniz ki, yuxarıda göstərilənlər baha başa gələ bilər. Əgər uğurlu biznes qurmaq niyyətindəsinizsə, öncədən bu xərcləri göz önünə almalısınız. İlkin yatırım və investisiya planında bu xərcləri büdcəyə salmaq lazımdır. 

Bunları etməyə də bilərsiniz. O halda 6-12 ay ərzində bağlanma şansı dəfələrlə yüksələcəkdir.