Sorry, this entry is only available in Azərbaycanca and Русский. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.
Sənədləşməyə qeyri ciddi yanaşma yerli biznesin ən başlıca problemlərindən biridir. Danışıqlar şifahi apardıqdan sonra razılaşmalar barədə heç bir yazılı şəkildə protokol, müqavilə yaxud digər sənədlər hazırlanmır. Gələcəkdə anlaşılmazlıq yarandıqda isə yalnız şifahi razılaşmaya istinad edilir və tərəflər arasında münaqişəyə səbəb olur.
Bu problemlərdən uzaq olmaq üçün ən az halda elektron poçtla razılaşmaları təsdiq etmək, ən yaxşı halda razılaşdırma protokolu imzalanmalı, sonradan isə müqavilə halına çevrilməlidir. Yazılı mətn insan beyni tərəfindən daha yaxşı qavranır və yazılı şərtlərə göz gəzdirərək daha yaxşı anlamağa yol açır.
Müqavilələri hazırlamaq üçün hüquq və konsaltinq şirkətlərinə müraciət etmək məsləhətdir.