Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Mühasibat uçotunun biznesdə autsorsinqi son illərdə böyük populyarlıq qazanır. Bəs ştat mühasibat ilə müqayisədə hansı üstünlüklərə malikdir?

Autsorsinq şirkətində xidmət ştat mühasibatdan bir sıra sərfəli fərqlərə malikdir:

1. Biznes proseslərinin optimallaşdırılması, bunun sayəsində şirkətin sahibləri və rəhbərliyi əsas iş sahəsinin inkişafına diqqət yetirmək imkanı əldə edirlər.

2. Hesabat keyfiyyətinin və vergilərin, maaşların və digər məcburi ödənişlərin hesablanmasının düzgünlüyünün təminatı.

3. Səriştənin genişləndrilməsi və risk yönümlü yanaşma. Vergi və Mühasibat hesabatların hazırlanması ilə yanaşı, autsorsinq şirkətləri vergi yükünün səviyyəsini izləyir, debitor və kreditor borclarının inventarını aparır, kassa çatışmamazlığının yaranmamasına nəzarət edir və s.

4. Vergi risklərinin, həmçinin şirkətin fəaliyyətinin dayandırılması risklərinin minimallaşdrılması.

5. Mühasibat uçotu və xidmət prosesləri ciddi şəkildə tənzimlənir, bu da mühasibat uçotunun keyfiyyətini və davamlılığını, müştəri tərəfindən nəzarətin rahatlığını təmin edir.

6. Baş mühasibin gözlənilməz şirkəti tərk edilməsi və ya işdən çıxarılması riskinin olmaması, çünki autsorsinq şirkətlərdə müştərilərə xidmət göstərən bütün işçilər bir-birini əvəz edir.

7. Mühasibata olan xərclərin qənaəti: mühasiblərin maaşları, məzuniyyəti, xəstəlik məzuniyyəti, Ofis icarəsi və iş yerlərinin təmin edilməsi.

8. Mühasibin autsorsinq məsuliyyəti sığortalanır, provayderin günahı üzündən yaranan maliyyə itkiləri kompensasiya olunur.

Mühasibat uçotunun autsorsinqə verilməsi Şirkətin bütün fəaliyyətinə və effektivliyinə təsir edən strateji idarəetmə qərarıdır. Ona görə, Mühasibat funksiyalarını kənara verməzdən əvvəl, autsorsinqə keçmək üçün plan hazırlamalanmalıdır. Bu planın ən vacib məqamlarından biri autsorsinq şirkətinin seçilməsidir.