Sorry, this entry is only available in Azərbaycanca and Русский. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

80%-dan çox müştərilər alış qərarını mağazada verir: malı yoxlayır, satıclarla məsləhətləşir, piştaxtadakı məlumatları oxuyur və sairə. Orta hesabla, müştəri mağazada 20-25 dəqiqə vaxt keçirir və qərar qəbul edir. Seçim tanış, və ya istifafə etdiyi, yaxud son 1-2 gün ərzində gördüyü reklamdan olan markalardan edir. Ən az 40% müştərilər qərarı mağazanın daxilindəki məlumatlar əsasında verir. Ona görə “Hədiyyə” aksiyaları daha da aktual və məqsədəuyğundur.

Araşdırmalar göstərir ki, 25%-ə qədər alıcılar malı endirimə görə əldə edir. Endirim müəyyən müddət ərzində satış həcmini artırsa da, malın keyfiyyətinə inamsızlıq yaradır. Həmçinin, endirim bazarda yeni olan markaların imicinə neqativ təsir edə bilər. Böyük məbləğ alış-veriş edən müştərilər üçün endirim vacib deyil. Ona görə hədiyyə aksiyaları daha effektlidir, çünki hədiyyə almaq daha çox sevilir və alışı daha zövqlü edir.