Yerli sahibkarlar xərcləri azaltmaq üçün çox zaman personalda qənaət edir. Aşağı maaş vermək üçün daha az təcrübəsi və bacarıqsız şəxsi işə qəbul edir, yaxud bir nəfərin üzərinə, maaşda cüzi artım edərək, 2-3 işçinin vəzifəsini yükləyir. Nəticədə isə müəssisənin fəaliyyətində effektliflik düşür, dövriyyə azalır, gəlirlər aşağı enir. Bu isə heç bir qənaətə yol açmır.
Ucuz kadrlar ilk baxışda sərfəli olsalar da, müəssisəyə xeyir vermir. Təcrübəli işçini daha çox iş tapşırmaqla, onun işinin keyfiyyəti aşağı düşür. Çünki, çox işləmək məcburiyyətində qalaraq, beyni yorulur, səhvlər etməyə başlayır.
Kadrlar müəssisənin əsasını təşkil edir, onlara qənaət etmək nəticədə zərərə aparır.